Yunanıstanın ən böyük aviaşirkəti - “Aegean Airlines” gələn aydan Afina-Bakı-Afina marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

Teleqraf.com xəbər verir ki, reyslər sentyabrın 29-dan həyata keçiriləcək.

Uçuşlar bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Birtərəfli biletlərin qiyməti 118 avrodan başlayır.