Rusiya sülhməramlılarının komandanlığı erməni separatçılarının Laçındakı sərhəd-buraxılış məntəqəsinə qədər avtomobil yürüşünü müşayiət etməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə separatçıların “inqilab partiyasının sədri” Artur Osipyan məlumat verib
“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin müddəalarına əsasən, Rusiya sülhməramlı qoşunları avtomobil kortejlərini müşayiət etməyi, eləcə də müxtəlif əməliyyat və toplanışların təhlükəsizliyini təmin etməyi planlaşdırmır”, - sülhməramlıların komandirinin müavini polkovnik Sazonovun Osipyana göndərdiyi məktubunda deyilir.