BAKI, 27 avqust. TELEQRAF
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkü atılacaq.
Teleqraf xəbər verir ki, püşkatmada "Sabah"ın rəqibləri müəyyənləşəcək.
Monakoda keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Sabah”ın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq.