BAKI, 27 avqust. TELEQRAF

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi evdə Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” və “Tvente” arasında ilk oyunda Ağdam klubu minimal hesablı qələbə qazanıb - 1:0.