BAKI, 30 iyun. TELEQRAF

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli karyerasını Kosovoda davam etdirəcək.

Teleqraf xəbər verir ki, 29 yaşlı hücumçu Kosovo təmsilçisi “Malişeva” klubu ilə müqavilə imzalayıb.
Tərəflər arasında anlaşmanın müddəti açıqlanmayıb.

Qeyd edək ki, İsgəndərli ötən mövsüm Albaniyanın “Partizani” klubunun formasını geyinib. O, 2025-ci ilin yayında Türkiyənin “Boluspor” klubundan azad agent kimi “Partizani”yə keçmişdi.