BAKI, 18 iyun. TELEQRAF

Türkiyənin "Fənərbağça" komandasının yeni baş məşqçisi açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi televiziyasında məlumat verilib.

Aziz Yıldırımın prezident seçilməsindən sonra bu posta rəsmən İsmayıl Kartal olub. Mütəxəssilə 2026/2027 mövsümünü əhatə edən 1 illik müqavilə imzalanıb.

Bununla yanaşı, İsmayıl Kartalın rəhbərlik edəcəyi məşqçilər korpusuna keçmiş futbolçu Dirk Kuyt da daxil edilib. Niderlandlı mütəxəssis baş məşqçinin köməkçisi vəzifəsində çalışacaq.

“Fənərbağça”nın yeni futbol direktoru vəzifəsinə isə Oğuz Çətin təyin olunub.

Beləliklə, İsmayıl Kartalın “Fənərbağça”dakı dördüncü dövrü başlayıb. Təcrübəli mütəxəssis daha əvvəl 2014/2015, 2021/2022 və 2023/2024 mövsümlərində komandanın baş məşqçisi olub.

Kartal sonuncu dəfə Ali Koçun prezidentliyi dövründə “Fənərbağça”ya rəhbərlik edib. Komanda həmin mövsümü “Qalatasaray”ın ardından ikinci pillədə başa vurub, 99 qol vuraraq 99 xal toplayıb.