BAKI, 18 iyun. TELEQRAF

2026 Dünya Kubokunda turnirin bombardirinə təqdim edilən “Qızıl buts” mükafatı uğrunda mübarizə davam edir.

Teleqraf xəbər verir ki, GOAL nəşri mükafat uğrunda əsas namizədləri açıqlayıb.

48 komandanın mübarizə apardığı mundialda Lionel Messi, Kilian Mbappe, Erlinq Holann və Harri Keyn kimi ulduzlar ən çox qol vuran futbolçu olmaq üçün yarışır.

Hazırda Lionel Messi het-trikdən sonra bombardirlər siyahısında ilk pilləyə yüksəlib. Argentina millisinin kapitanı bununla da “Qızıl buts” uğrunda mübarizədə əsas favoritlərdən birinə çevrilib.

2022-ci ilin “Qızıl buts” sahibi Kilian Mbappe titulunu qorumaq üçün mübarizə aparır. Harri Keyn və Erlinq Holann da turnirin ən yaxşı bombardiri olmaq üçün namizədlər sırasındadır.

Qeyd edək ki, “Qızıl buts” mükafatı əvvəllər Ronaldu, Eysebio, Herd Müller, Qari Lineker və Miroslav Kloze kimi futbolçulara təqdim olunub.