BAKI, 12 iyun. TELEQRAF

Beynəlxalq Futbol Federasiyası (FIFA) və Adidas şirkəti 2026-cı il dünya çempionatı üçün nəzərdə tutulan fərdi mükafatların dizaynını təqdim edib.

Teleqraf xəbər verir ki, Almaniya şirkəti mundialın üç əsas fərdi mükafatını - “Qızıl top”, “Qızıl buts” və “Qızıl əlcək” mükafatlarını nümayiş etdirib.

Qeyd edək ki, “Qızıl top” turnirin ən yaxşı futbolçusuna, “Qızıl buts” ən çox qol vuran oyunçuya, “Qızıl əlcək” isə ən yaxşı qapıçıya təqdim olunur.

İyunun 11-dən istart götürən mundial iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.