BAKI, 3 may. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXX turunda “Şamaxı” doğma meydanda çempionluğunu rəsmiləşdirən “Sabah”ı qəbul edir.

Teleqraf-ın məlumatına görə, Şamaxı şəhər stadionunda baş tutan görüşün əvvəlində meydan sahibi komanda tarixində ilk dəfə qızıl medallara sahib çıxan paytaxt təmsilçisinə jest edərək çempionluq dəhlizi qurub.

Daha sonra baş hakim Kamal Umudlunun start fiti ilə oyun başlayıb.

Xatırladaq ki, ötən il “Şamaxı” çempionluğunu rəsmiləşdirən “Qarabağ”a da eyni şəkildə çempionluq dəhlizi qurmuşdu.

Qeyd edək ki, hazırda 72 xalı olan Valdas Dambrauskasın komandası sona 4 tur qalmış 59 xalı olan “Qarabağ”ı üstələyərək tarixində ilk dəfə çempion olub.