BAKI, 20 aprel. TELEQRAF
İngiltərənin “Liverpul” klubu tarixi rekorda imza atıb.
Teleqraf “Squawka”ya istinadən xəbər verir ki, “qırmızılar” buna XXXIII turda səfərdə “Everton”u 2:1 hesabı ilə məğlub edərək nail olub.
“Liverpul” bununla da İngiltərə Premyer Liqası tarixində 60 fərqli stadionda qələbə qazanan ilk komanda olub.
Qeyd edək ki, “Liverpul” 55 xalla turnir cədvəlinin 5-ci, “Everton” isə 47 xalla 10-cu pilləsində qərarlaşıb.