BAKI, 18 aprel. TELEQRAF
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Avropa çempionatında bürünc medal qazanıb.
Teleqraf xəbər verir ki, idmançı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən turnirdə üçüncü yer uğrunda belçikalı rəqibi Mattias Kasseyə qalib gəlib.
Bununla da o, yarışı üçüncülüklə başa vurub.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Yarış aprelin 19-da başa çatacaq.