BAKI, 15 aprel. TELEQRAF
Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə iki həftə yarım – üç həftə sonra fərdi məşqərə başlayacaq.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Klub rəsmisi 29 yaşlı futbolçunun hazırda bərpa prosesi keçirdiyini bildirib: “Həkimlərin nəzarəti altında Bəhlunun müalicə prosesi davam edir. Gələn ay fərdi məşqlərə başlaması planlaşdırılır”.
Xatırladaq ki, Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində fevralın 18-də “Nyukasl” oyununun (1:6) 22-ci dəqiqəsində zədələnmişdi. Müdafiəçidə sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə müəyyən edilmişdi.