BAKI, 27 fevral. TELEQRAF
UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Türkiyənin turnirdəki yeganə təmsilçisi "Samsunspor"un da rəqibi müəyyənləşib.
Superliqa komandası bu raundda İspaniyanın "Rayo Valyekano" klubu ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
1/8 final mərhələsi
"Kristal Pelas" (İngiltərə) - AEK Larnaka (Kipr)
"Siqma" (Çexiya) - "Maynts" (Almaniya)
"Şaxtyor" (Ukrayna) - "Lex Poznan" (Polşa)
"Rayo Valyekano" (İspaniya) - "Samsunspor"
"Sparta Praqa" (Çexiya) - "AZ Alkmaar" (Niderland)
AEK (Yunanıstan) - "Selye" (Sloveniya)
"Rakuv" (Polşa) - "Fiorentina" (İtaliya)
"Strasbur" (Fransa) - "Riyeka" (Xorvatiya)