BAKI, 26 fevral. TELEQRAF

Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldu futbol klubu sahibi kimi fəaliyyətə başlayıb.

Teleqraf “Daily Mail”ə istinadən xəbər verir ki, 41 yaşlı hücumçu özünə məxsus “CR7 Sports Investments” şirkəti vasitəsilə İspaniya Sequndasında mübarizə aparan “Almeriya”nın 25 faizlik səhmlərini satın alıb.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxışını davam etdirən Ronaldu beləliklə İspaniya klubunun həmsahibi olub.

Qeyd edək ki, “Almeriya” bir il əvvəl Kriştianu Ronaldunun yaxın dostu Məhəmməd Əl-Xereycini rəhbərlik etdiyi investisiya qrupu tərəfindən satın alınmışdı.

Klub rəhbərliyi bu investisiyanı yüksək qiymətləndirərək Ronaldunun İspaniya futbolundakı böyük təcrübəsinin komandaya töhfə verəcəyini bildirib.

“Almeriya” hazırda turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və La Liqaya yüksəlmək uğrunda mübarizə aparır.