BAKI, 24 fevral. TELEQRAF
Türkiyədə 66 milyonluq qanunsuz mərc oyunları ilə bağlı 72 nəfər haqqında həbs qərarı çıxarılıb.
Teleqraf xəbər verir ki, Antalya şəhərində aparılan araşdırmalar nəticəsində üç ofisdən idarə olunan gizli bir şəbəkə üzə çıxarılıb və həmin 72 şəxsin bank hesablarında 66 milyon avro dəyərində dövriyyə aşkar edilib.
Türkiyə hüquq-mühafizə orqanları aylardır ki, futbolda mərc oyunlarına qarşı genişmiqyaslı məhkəmə mübarizəsi aparır. Bu proses artıq hakim, oyunçu və klub rəsmilərinin həbsinə, lisenziyaların ləğvinə və cəzalandırılmasına səbəb olub.
Qeyd edək ki, istintaq çərçivəsində 353 regional hakim və 75 regional müşahidəçi Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) cəlb edilib.