BAKI, 22 fevral. TELEQRAF
Səudiyyə Ərəbistanı çempionatının XXIII turunda "Əl-Hazm" üzərində qazanılan qələbədən (4:0) sonra "Əl-Nəsr"in ulduzu Kriştianu Ronaldu gələcək planları barədə açıqlamalar verib.
Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano paylaşım edib.
"Mən Səudiyyə Ərəbistanına məxsusam və burada çıxışımı davam etdirmək istəyirəm. Bu ölkə həm məni, həm ailəmi, həm də dostlarımı doğma kimi qəbul edib. Burada xoşbəxtəm və qalmaq istəyirəm", - deyə Ronaldu bildirib.
Qeyd edək ki, 41 yaşlı Kriştianu Ronaldu bu mövsüm bütün turnirlərdə çıxdığı 22 matçda 20 qol vurub.