BAKI, 19 fevral. TELEQRAF

Azərbaycan I Liqasında mübarizə aparan “Səbail” kapitanı Yusif Nəbiyevi komandadan uzaqlaşdırıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, buna 25 yaşlı futbolçunun XV turda MOİK-lə oyunda baş məşqçi Adil Şükürovla qalmaqal yaşaması səbəb olub.

Belə ki, qarşılaşmanın 60-cı dəqiqəsində Şükürov oyunçunun əvəzlənməsini istəsə də, Nəbiyev buna etiraz edib və meydandan çıxmayacağını bildirib.

İddialara görə, tərəflər arasında gərginlik paltərdəyişmə otağında da davam edib. Bu gün isə məlum məsələ ilə bağlı klubdaxili iclas keçirilib. İclasda qəbul edilən qərarlarla bağlı "Səbail" açıqlama yayacaq.

Qeyd edək ki, qarşılaşma "Səbail"in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.