BAKI, 18 fevral. TELEQRAF

Azərbaycan I Liqasının XV turunda keçirilən MOİK - “Səbail” matçında qalmaqal yaşanıb.

Teleqraf-ın məlumatına görə, insident görüşün 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Yusif Nəbiyev ilə baş məşqçi Adil Şükürov arasında baş verib.

Belə ki, Adil Şükürov komandanın kapitanı Yusif Nəbiyevi əvəzləmək istəyib. Lakin futbolçu meydandan çıxmayacağını bildirərək oyuna davam edib.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.