BAKI, 18 fevral. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Teleqraf xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma keçiriləcək.

İtaliyanın “İnter” klubu Norveçdə “Budo/Qlimt”in, İspaniya “Atletiko Madrid”i Belçikada “Brügge”nin, Almaniyanın “Bayer Leverkuzen” komandası isə Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

Hər üç matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Günün ilk və ən çox gözlənilən oyunu isə Azərbaycan təmsilçisi “Qarabağ” ilə İngiltərənin “Nyukasl” klubu arasında baş tutacaq. Bu oyunun start fiti 21:45-də səslənəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

18 fevral

21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)

00:00. "Budo/Qlimt" (Norveç) - "İnter" (İtaliya)

00:00. "Brügge" (Belçika) - "Atletiko Madrid" (İspaniya)

00:00 "Olimpiakos" (Yunanıstan) - "Bayer Leverkuzen" (Almaniya).