BAKI, 14 fevral. TELEQRAF

Türkiyə Superliqasında XXII turun oyunları keçirilir.

Teleqraf xəbər verir ki, turun mərkəzi görüşündə “Trabzonspor” “Fənərbağça”nı qəbul edib.

“Park Papara” stadionunda təşkil olunan matçda İstanbul təmsilçisi çətin qələbə qazanıb - 3:2.

Domenik Tedeskonun komandasından Taliska (15-ci dəqiqə), Kərəm Aktürkoğlu (34) və Markos Asensio (48) fərqləniblər.

Fatih Tekkenin rəhbərlik etdiyi kollektivdən isə Ernest Muçi (6) ilə Pol Onuaçu adını tabloya yazdırıb.

Qeyd edək ki, bu nəticədən sonra ikinci sırada qərarlaşan “Fənərbağça” xallarının sayını 52-yə çatdırıb. “Trabzonspor” 45 xalla üçüncüdür. Turnir cədvəlinin lideri isə 55 xalla “Qalatasaray”dır.