BAKI, 14 fevral. TELEQRAF

İngiltərənin “Mançester Siti” klubu İtaliyanın “Roma” komandasının futbolçusu Uesli Vinisiusun transferində maraqlıdır.

Teleqraf xəbər verir ki, bu barədə “Fichajes” saytı məlumat yayıb.

Mançester təmsilçisi 22 yaşlı braziliyalı müdafiəçini üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.

Vinisiususun “canavarlar”la müqavilə müddəti 2030-cu ilin yayına qədərdir.

Qeyd edək ki, Uesli Vinisius cari mövsüm ərzində 29 oyuna çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.