BAKI, 11 fevral. TELEQRAF
“Liverpul”un misirli futbolçusu Mohamed Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Teleqraf “Footmercato” nəşrinə istinadən xəbər verir ki, “Əl-İttihad” yay transfer dönəmi üçün ulduz oyunçu ilə danışıqlara başlayıb.
Artıq Salahın meneceri ilə təmaslar qurulub və keçidin reallaşması üçün ciddi addımlar atıldığı bildirilir.
Baş məşqçi Arne Slotla yaşadığı gərginlik səbəbindən komandadan ayrılması gündəmdə olan Salah qış fasiləsində “Qalatasaray”ın da transfer siyahısında yer almışdı.
Qeyd edək ki, 33 yaşlı Mohamed Salah “Liverpul”la müqaviləsini 2027-ci ilə qədər uzadıb. Cari mövsüm mersisayd təmsilçisinin forması ilə 25 oyuna çıxan hücumçu 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.