BAKI, 27 yanvar. TELEQRAF

Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda keçiriləcək İspaniyaı “Real Madrid” ilə oyunöncəsi mətbuat konfransında iştirak edib.

Teleqraf xəbər verir ki, 63 yaşlı mütəxəssis komandasının turnirdəki çətin vəziyyətinə toxunaraq, “Qarabağ”a qarşı keçirdikləri ilk tur oyununun (2:3) həlledici rol oynadığını bildirib.

“Pley-off zonasından kənarda qalmağımız bir neçə faktorla bağlıdır. Ən böyük problemimiz ilk turda, doğma meydanda mütləq qələbə qazanmalı olduğumuz oyunda (“Qarabağ”a qarşı – red.) xal itirməyimiz oldu. Əgər o görüşdə qalib gəlsəydik, indi 9 xalımız olardı və növbəti mərhələ üçün bizə cəmi 1 xal kifayət edərdi”, - deyə Joze Mourinyo vurğulayıb.

Xatırladaq ki, “Benfika” hazırda turnir cədvəlində 29-cu pillədə qərarlaşıb. Portuqaliya təmsilçisi yanvarın 28-də “Real Madrid”i qəbul edəcək.

Qeyd edək ki, Joze Mourinyo məhz “Qarabağ”a məğlubiyyətdən sonra komandadan göndərilən Brunu Lageni əvəzləyib.