BAKI, 27 yanvar. TELEQRAF

“Qarabağ”ın futbolçusu Marko Yankoviç mükafatlandırılıb.

Teleqraf xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi doğulduğu Monteneqronun Çetinye şəhərinin bələdiyyəsi tərəfindən təltif edilib.

Mükafat şəhərin meri Nikola Duraşkoviç tərəfindən təqdim olunub. Plaket Marko Yankoviçin ölkə hüdudlarından kənarda göstərdiyi uğurlu çıxışların və əldə etdiyi nəticələrin yüksək qiymətləndirilməsi məqsədilə verilib.

Marko Yankoviç “Instagram” hesabında etdiyi paylaşımda göstərilən diqqətə görə minnətdarlığını bildirərək, bu mükafatı ilk addımlarında ona dəstək olan məşqçilərinə və ailəsinə həsr etdiyini yazıb.

Qeyd edək ki, Marko Yankoviç Monteneqro yığmasının üzvüdür. O, 2022-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyur.