BAKI, 27 yanvar. TELEQRAF

“Mançester Yunayted” klubunun futbolçusu Patrik Dorqu 10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Teleqraf “The Athletic” nəşrinə istinadən xəbər verir ki, buna səbəb 21 yaşlı müdafiəçinin Premyer Liqasının XXIII turunda "Arsenal"ı 3:2 hesabı ilə məğlub etdikləri matçda zədələnməsidir.

Dorqu görüşün 50-ci dəqiqəsində qol vurduqdan sonra bud əzələsində ağrı hiss edərək Benyamin Şeşko ilə əvəzlənib. Problemin əvvəlcə qıcolma ilə bağlı olduğu düşünülsə də, tibbi müayinədən sonra zədənin ciddi olduğu aydın olub.

Futbolçunun aprelin 11-də “Old Trafford” stadionunda “Lids”ə qarşı keçiriləcək oyuna dönəcəyi gözlənilir.