BAKI, 26 yanvar. TELEQRAF

“Ayaks” Ukrayna millisinin və “Arsenal”ın futbolçusu Aleksandr Zinçenkonun transferi üzrə razılığa gəlib

Teleqraf xəbər verir ki, Niderland təmsilçisi 29 yaşlı müdafiıçi ilə mövsümün sonuna qədər anlaşıb.

Zinçenko tibbi müayinədən keçdikdən sonra müqavilənin rəsmiləşdirilməsi gözlənilir. Onun gələcək taleyi ilə bağlı məsələlər isə tərəflər tərəfindən yayda müzakirə olunacaq.

Qeyd edək ki, Aleksandr Zinçenko mövsümün ilk yarısını “Nottinqem Forest” klubunda icarə əsasında keçirib. Cari mövsümdə Zinçenko 10 oyunda iştirak edib, lakin heç nə ilə yadda qalmayıb.