BAKI, 22 yanvar. TELEQRAF

ABŞ-nin Bakıdakı səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda “Ayntraxt” üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə "Qarabağ" Futbol Klubunu təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial media hesabında paylaşım edilib.

"Qətiyyət, komanda işi və Azərbaycan futbolunun Avropa arenasında artan gücünü nümayiş etdirən əla bir çıxış. Birləşmiş Ştatlar bu il FIFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşarkən, bu cür anlar futbolun bütün dünyada azarkeşləri və xalqları birləşdirməyə davam etdiyini bir daha göstərir",- paylaşımda qeyd olunub.