BAKI, 21 yanvar. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt Frankfurt” oyununun ehtimal olunan heyətləri müəyyənləşib.
Teleqraf xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça aşağıdakı tərkibdə çıxa bilərlər:
“Qarabağ” (4-2-3-1)
Qapıçı: 99. Mateuş Koxalski
Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev
Yarımmüdafiəçilər: 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 9. Joni Montiel, 10. Abdullah Zubir
Hücumçu: 17. Kamilo Duran
“Ayntraxt Frankfurt” (3-4-3)
Qapıçı: 40. Kaue Santos
Müdafiəçilər: 34. Nnamdi Kollinz, 4. Robin Kox, 3. Artur Teate
Yarımmüdafiəçilər: 13. Rasmus Kristensen, 18. Mahmud Dahud, 15. Elyes Şkiri, 21. Nataniel Braun
Hücumçular: 20. Ritsu Doan, 42. Can Uzun, 7. Ansqar Knauff
Qeyd edək ki, qarşılaşma saat 21:45-da start götürəcək.