BAKI, 21 yanvar. TELEQRAF
Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt Frankfurt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununa satılan biletlərin sayı açıqlanıb.
Teleqraf Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça indiyədək 26500 bilet satılıb.
Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" oyunu saat 21:45-də start götürəcək.