BAKI, 18 yanvar. TELEQRAF
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi olan Almaniyanın “Ayntraxt Frankfurt” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisini müvəqqəti olaraq Dennis Şmitt çalışdıracaq.
O, “Ayntraxt”ın U-21 komandasının baş məşqçisidir.
Şmitt bu postda istefaya göndərilən Dino Toppmölleri əvəzləyib.
Qeyd edək ki, “Qarabağ”la “Ayntraxt Frankfurt” yanvarın 21-də qarşılaşacaq.