BAKI, 16 yanvar. TELEQRAF

"Qarabağ" qış təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşıb.

Türkiyənin Antalya şəhərində baş tutan qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın qollarını Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov vurublar.

Qeyd edək ki, "Qarabağ" bu gün Polşanın "Zaqlebie Lubin" kollektivini də sınağa çəkəcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 19:00-da eşidiləcək.