BAKI, 14 yanvar. TELEQRAF
Niderland təmsilçisi “Ayaks” məşhur futbolçu Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviçi transfer edib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu “Milan”dan altı ay müddətinə icarəyə götürülüb.
Müqaviləyə “Ayaks”ın futbolçunu sonra daimi almaq opsiyası daxildir.
Qeyd edək ki, Maksimilian İbrahimoviç İtaliya D Seriyasında çıxış edən “Milan Futuro”nun heyətində çıxış edib. Onun atası Zlatan İbrahimoviç karyerası boyunca “Ayaks”, “Yuventus”, “İnter”, “Milan”, “Barselona”, “Mançester Yunayted”, PSJ, “Los Anceles Qalaksi” kimi müxtəlif klublarda çıxış edib.
