BAKI, 6 yanvar. TELEQRAF

Mövsümün ikinci hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 10-da Tovuz təmsilçisi Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşacaq.

Yanvarın 17-də baş tutacaq ikinci oyunda isə rəqib Polşa “Poqon”u olacaq.

Qeyd edək ki, "Turan Tovuz"un Türkiyədəki toplanışı yanvarın 18-də başa çatacaq.