BAKI, 25 dekabr. TELEQRAF
"Goal" nəşri ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messini "Qızıl top" mükafatının namizədləri arasına daxil edib.
Teleqraf nəşrin rəsmi saytına istinadən xəbər verir ki, yenilənən siyahıda argentinalı ulduz doqquzuncu sıradadır.
Mükafata əsas iddiaçı isə Almaniya "Bavariya"sının hücumçusu Harri Keyndir.
Qeyd edək ki, "Qızıl top" mükafatının son qalibi Fransanın PSJ klubunun futbolçusu Usman Dembeledir. Lionel Messi bu titulu ən çox qazanan oyunçudur - 8 dəfə.
İlk onluq belədir:
10. Əşrəf Hakimi (PSJ, Fransa);
9. Lionel Messi (“İnter Mayami”, ABŞ);
8. Luis Dias ("Bavariya", Almaniya);
7. Maykl Olise (“Bavariya”, Almaniya);
6. Vitinya (PSJ, Fransa);
5. Deklan Rays ("Arsenal", İngiltərə);
4. Lamin Yamal ("Barselona", İspaniya);
3. Kilyan Mbappe (“Real Madrid”, İspaniya);
2. Erlinq Holand ("Mançester Siti", İngiltərə);
1. Harri Keyn ("Bavariya", Almaniya).