BAKI, 16 dekabr. TELEQRAF
AFFA İntizam Komitəsi "Qarabağ"ı cərimələyib.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasının XV turunda evdə "Araz-Naxçıvan"ı 5:1 hesabı ilə məğlub etdikləri oyunda azarkeşlərinin davranışı olub.
"Qarabağ" tərəfdarlarının pirotexniki vasitədən istifadə etdiyinə görə 3000 manat məbləğində ziyana düşüb.
Eyni matçda Muxtar Respublika komandası isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.