BAKI, 16 dekabr. TELEQRAF
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində dekabrın 18-də keçiriləcək “Sparta” (Çexiya) - “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq.