BAKI, 16 dekabr. TELEQRAF

İngiltərənin "Arsenal" klubu İtaliyanın "Milan" komandasının qapıçısı Lorentso Torriani ilə maraqlanır.

Teleqraf xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

London təmsilçisi 20 yaşlı futbolçu üçün qarşı tərəfə sorğu göndərib. "Topçular" onu mövsümün sonunadək icarəyə götürmək niyyətindədir.

Torrianinin "rossoneri" ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Qeyd edək ki, Lorentso Torriani cari mövsümdə "Milan"ın gənclər komandasının heyətində 10 oyunda iştirak edib və 12 qol buraxıb.

"Transfermarkt" portalı onun transfer dəyərini 500.000 avro olaraq qiymətləndirir.