BAKI, 12 dekabr. TELEQRAF

İngiltərənin “Arsenal” klubunun və İngiltərə yığmasının futbolçusu Noni Madueke Çempionlar Liqasında vurduğu ilk üç qolu məhz bu turnirdə reallaşdıran klub tarixinin ilk futbolçusu olub.

Teleqraf xəbər verir ki, bu barədə “Opta Sport” məlumat yayıb.

23 yaşlı vinger Çempionlar Liqasının V turunda noyabrın 26-da “Bavariya”nın (3:1) qapısına yol tapıb, dekabrın 10-da isə 2025/2026 mövsümünün ümumi mərhələsinin VI turunda “Brügge” ilə matçda dubla imza atıb.

Qeyd edək ki, cari mövsümdə Madueke “Arsenal”ın heyətində bütün turnirlər üzrə 12 oyunda iştirak edib və 3 qol vurub. Futbolçunun London klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 50 milyon avrodur.