BAKI, 11 dekabr. TELEQRAF

“Bunu izah etmək çətindir – həqiqətən həyəcanlı bir gecə alındı”.

Teleqraf xəbər verir ki, bunu Niderlandın “Ayaks” klubunun futbolçusu Oskar Qlux Bakıda “Qarabağ”ı 4:2 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqası oyunundan sonra yarışın rəsmi saytına açıqlamasında deyib.

İki qol vuraraq matçın oyunçusu seçilən Qlux Azərbaycan çempionuna qarşı yaxşı hazırlaşdıqlarını bildirib: “Qarabağ” iki dəfə önə keçsə də, matçı nəzarətdə saxlamağı bacardıq. Qalib gələcəyimizə inanırdıq. Hələ iki oyunumuz qalıb və əgər onları qazansaq, kim bilir nələr olar”.