BAKI, 10 dekabr. TELEQRAF

Qarşılaşma "Ayaks"ın 4:2 hesablı qələbəsi ilə başa çatdı.

***

90-cı dəqiqədə "Ayaks" 4-cü qolu vurur - 2:4.

***

83-cü dəqiqədə “Ayaks” Anton Qaeyin qoluyla önə keçdi.

***

23:20

79-cu dəqiqədə Oskar Qlux hesabı bərabərləşdirdi - 2:2.

***
22:49

“Qarabağ” Mateus Silvanın 47-ci dəqiqədə vurduğu qolla önə keçdi - 2:1.

***

22:46

Görüşdə ikinci hissə başladı.

***
22:29

İlk hissədən sonra hesab 1:1-dir.

***
22:26

39-cu dəqiqədə qonaqlar hesabı bərabərləşdirir - 1:1

***

21:55

“Qarabağ”ın hücumçusu Kamilo Duran 10-cu dəqiqədə hesabı açdı.

***
21:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” - “Ayaks” (Niderland) oyunu start götürüb.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşün baş hakimi sloveniyalı Rade Obrenoviçdir.