BAKI, 10 dekabr. TELEQRAF

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi 6-cı tur çərçivəsində Niderlandın "Ayaks" klubunu qəbul edib.

"Azersun Arena"da təşkil olunan görüş qonaqların 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Qarabağ"ın U-19 komandası turniri xalsız başa vurub. Sonuncu - 36-cı pillədə qərarlaşan Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv 6 oyunda cəmi 1 qol vurub, qapısından isə 30 qol buraxıb.

Qeyd edək ki, U-19 "Qarabağ" komandası daha əvvəl Bakıda İngiltərə "Çelsi"si ilə Danimarka "Kopenhagen"inə 0:5, İtaliyada "Napoli"yə 0:2, İspaniyada "Atletik Bilbao"ya 0:3, eləcə də Portuqaliyada "Benfika"ya 1:7 hesabı ilə uduzub.