BAKI, 10 dekabr. TELEQRAF
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Niderlandın "Ayaks" klubunu qəbul edəcək.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın start fiti saat 21:45-də səslənəcək.
Oyunun baş hakimi sloveniyalı Rade Obrenoviç olacaq.
"Qarabağ" 5 oyundan sonra 7 xalla turnir cədvəlinin 21-ci pilləsində qərarlaşıb. Xalı olmayan "Ayaks" isə sonuncudur.
UEFA Çempionlar Liqası
Əsas mərhələ
VI tur
10 dekabr
21:45. “Qarabağ” – “Ayaks”
Baş hakim: Rade Obrenoviç
Baş hakimin köməkçiləri: Yure Praprotnik, Qreqa Kordej
Dördüncü hakim: Mateo Tozan
VAR: Matey Yuq
AVAR: Alen Boroşak
(Hakimlər briqadası Sloveniyadandır)
Tofiq Bəhramov adına Respublika stadionu