BAKI, 9 dekabr. TELEQRAF

“Bizi “Qarabağ”la çox çətin oyun gözləyir”.

Teleqraf xəbər verir ki, bunu Niderlandın “Ayaks” klubunun qapıçısı Yaroş Vitezslav Bakıda “Qarabağ”la keçiriləcək UEFA Çempionlar Liqasının VI tur oyunundan öncə mətbuat konfransında deyib.

“Bizi çox ciddi oyun gözləyir. Mən bilirəm ki, komandamız özünü inkişaf etdirməyə çalışır və bu mümkündür. Qollardan qorunmaq bir qapıçı üçün kifayət qədər çətindir. Amma qərarlar anındaca verilir. Məncə, bəzi insanlar futbolda praktikaları olmadığı üçün oyunçuya kifayət qədər dəyər verə bilmirlər”, - deyə 24 yaşlı çexiyalı futbolçu bildirib.

Qeyd edək ki, “Qarabağ” - “Ayaks” oyunu dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.