BAKI, 9 dekabr. TELEQRAF

“Qarabağ" çox yaxşı komandadır".

Teleqraf xəbər verir ki, bunu Niderlandın “Ayaks” klubunun baş məşqçisi Fred Qrim Bakıda “Qarabağ”la keçiriləcək UEFA Çempionlar Liqasının VI tur oyunundan öncə mətbuat konfransında deyib.

“Bizim üçün çox yaxşı bir səyahət oldu. Xoşbəxtik ki, azarkeşlərimiz də buradadırlar. Rəqibin oyunlarına baxmışam. Çox yaxşı komandadır, onlar çox az məğlubiyyətlə üzləşiblər. Proqramımız çox yorucudur. Futbolçularımız oyunu səbirsizliklə gözləyirlər. Son matçlarda göründüyü kimi oyun cəhətdən kifayət qədər inkişaf etmişik.

Biz sadəcə qalib gəlmək istəyirik. Xüsusilə 7 xalı olan komandaya qarşı oynamaq kifayət qədər ciddidir. Onların bir neçə oyununu təhlil etmişik. Bu mövsüm balansı geniş olan komandadır. Onlar çox sürətlə hücuma keçə bilirlər. Bizim bunun üçün planlarımız var. “Qarabağ”ın yaxşı müdafiəçiləri var. Onların bloklarını görmüşəm. Biz xalsız olsaq da, qorxmuruq. Çalışacağıq ki, 0 xaldan canımızı qurtaraq”, - deyə 60 yaşlı mütəxəssis bildirib.

Qeyd edək ki, “Qarabağ” - “Ayaks” oyunu dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.