BAKI, 8 dekabr. TELEQRAF
UEFA Çempionlar Liqasının VI turu çərçivəsində Bakıda "Qarabağ"la qarşılaşacaq Niderlandın "Ayaks" klubunun oyunöncəsi məşq edəcəyi məkan bilinib.
Teleqraf xəbər verir ki, Amsterdam təmsilçisi "köhlən atlar"ın əzəli rəqibi "Neftçi"nin Futbol Mərkəzində məşq edəcək.
Məşq prosesi dekabrın 9-da keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu dekabrın 10-da baş tutacaq.