BAKI, 5 dekabr. TELEQRAF

İspaniya "Barselona"sının futbolçusu Rafinya mövsümün sonunda klubunu dəyişə bilər.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçu Səudiyyə Ərəbistanı təmsilçilərindən sərfəli təklif alıb.

Onun Kataloniya təmsilçisi ilə 2028-ci ilin yayına qədər müddəti olan müqaviləsi var. "Barselona" münasibət təklif gələcəyi təqdirdə Rafinyanı satmağa hazırdır.

Qeyd edək ki, Rafinya 2022-ci ilin yayından "Barselona"da çıxış edir. O, cari mövsüm ərzində meydanda olduğu 11 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.