BAKI, 5 dekabr. TELEQRAF
Saxlanılanlar arasında Türkiyə Superliqası hakimi Zorbay Küçük də var.
Ümumilikdə isə 46 şübhəli şəxsdən 35-nin artıq saxlanıldığı bildirilir.
***
12:12
Danışılmış oyunlarda iştirak görə tutulanlar arasında "Qalatasaray"ın futbolçusu Metehan Baltacı, eləcə də "Adana Demirspor"un sabiq prezidenti Murad Sancak da var.
***
12:02
Xəbər verdiyimiz kimi, Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat keçirilib.
Teleqraf "Yeni Şafak"a istinadən xəbər verir ki, çoxsaylı futbolçu və klub rəhbərlərini əhatə edən əməliyyatda "Fənərbağça"nın kapitanı Mert Hakan Yandaş da saxlanılıb.
Keçmiş hakim və futbol şərhçisi Ahmet Çakarın da saxlanılanlar arasında olduğu bildirilir.