BAKI, 5 dekabr. TELEQRAF
İstanbul Baş Prokurorluğu futbol mərc oyunları ilə bağlı istintaq çərçivəsində bu səhər əməliyyat keçirib.
Teleqraf "NTV Spor"a istinadən xəbər verir ki, əməliyyat nəticəsində çoxsaylı futbolçu və bir neçə klub rəhbəri saxlanılıb.
Qeyd edək ki, daha əvvəl Türkiyədə bir sıra hakim və futbolçular mərc oyunlarında iştiraka görə cəzalanmışdı.