BAKI, 5 dekabr. TELEQRAF
ABŞ-nin "Los-Anceles" klubu qapıçı Uqo Llorisin müqaviləsini yeniləyib.
Teleqraf xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
39 yaşlı qolkiperlə 2026-cı ilin sonuna qədər müddəti olan sözləşmə imzalanıb.
Qeyd edək ki, Uqo Lloris 2024-cü ilin yanvarından "Los-Anceles"də çıxış edir. O, Fransa yığmasının heyətində DÇ-2018-in qalibi olub.