BAKI, 4 dekabr. TELEQRAF

UEFA Çempionlar Liqasının VI turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçın biletləri 10-1000 manat aralığındadır.

Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN

VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.